Hava Proqnozu

10 martda gözlənilən hava şəraiti

Hava proqnozu 10 mart 2017
297views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 770  mm civə sütunundan 767 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.