Kino

10 illik fasilədən sonra yeni Mel Gibson filmi – ‘Hacksaw Ridge’ (Trailer)

362views

Mel Gibson, yeni bir rejissorluq işi ilə Film dünyasına qayıdır.

Məşhur aktyor və rejissor son filmi Apocalypto’nun viziona girməsindən 10 il sonra ‘Hacksaw Ridge’ filmi ilə yenidən pərəstişkarlarını sevindirib.

Filmdə, Andrew Gardfield ve Desmond Thomas Doss kimi aktyorlar yer alıb.

yaaz.az photo Hacksaw Ridge

Filmin ilk nümayişi Venesiya Film Festivalında baş tutub.

Aktyor Andrew Gardfield canlandırdığı obra izlə bağlı bu sözləri söyləyib:

“Bir super qəhrəman deyil, normal bir insan olaraq, müharibə meydanında silahsız, müdafiəsiz şəkildə irəliləmək, əlində yalnız İncil və sevgi kəlmələri olması və Yaponiyada Amerikalı bütün qardaşlarını sağaltma səyi, qəhrəmanlıqdan da uca, üstün bir şeydir”

yaaz.az photo 'Hacksaw Ridge'

Film haqında Mel Gibson, “Bu insanın gerçək hekayəsinə səssiz qala bilmək üçün daş olmaq lazımdır. Onun etdiklərini edə bilərdimmi, bilmirəm.  Ancaq onun hekayəsi qəlbimi coşğu ilə doldurur və hələ də belə insanlar var” deyə müsahibəsində bildirib.

Xatırladaq ki, 6 noyabrda Mel Gibson, Hollywood Film Mükafatlarında ən yaxşı rejissor mükafatına laiq görüləcək. ‘Hacksaw Ridge’ filmi isə bütün dünyada 4 noyabrda viziona girəcək.