Hava Proqnozu

10 fevralda gözlənilən hava şəraiti | Xəbərdarlıq

Hava haqqinda melumat 21 yanvar
605views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal  küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz saatlarında bəzi rayonlarda yağıntılarda fasilə olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 4-9, gündüz  0-4 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 12-dək Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.