Futbol

1-ci diviziona start verildi

699views

Futbol üzrə Azərbaycan I Divizionunda 2016-17 mövsümünə start verilib. CBC Sport-la canlı yayımlanan “Zaqatala” – “Şahdağ” matçında 4 qol vurulub – 2:2. Meydan sahiblərinin heyətində Arzuman Nəsibov və Oruc Balaşlı fərqlənib. Qusar klubundan buna Ramil Mansurov və Vüqar Əibabayev cavab verib.

“Turan Tovuz” səfərdə “Rəvan”ı 2:0 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində qolları Elmin Çobanovla Rəhman Musayev vurub.

“Şəmkir” – “Şərurspor” – 3:2
Qollar: Ruslan Voronsov, 22; Şahin Kərimov, 35, 82 – Fərmayıl Əliyev, 39; Coşqun Süleymanov, 58.

“Bakılı” – “Ağsu” 0:0.

Elnur Cəfərov
idman xəbərləri yazarı