Sağlamlıq

1 aylıq siqaret pulu ilə edə biləcəyiniz şeylər

Smoking, Cigarette, No Smoking Sign.
276views

Başda xərçəng, ürək və ağciyər xəstəlikləri olmaq üzrə 50-dən çox sağlamlıq probleminə səbəb olan siqaret hər il yüz minlərlə insanın ölümünə səbəb olur.

Kişilərdə bütün xərçəngə bağlı ölümlərin yüzdə 35-i, qadınlarda isə yüzdə 15’nin səbəbi siqaretdir. Ağciyər xərçənginə bağlı ölümlərin yüzdə 90’nın səbəbi siqaretdir. Siqaret, xroniki bronxit və amfizem kimi nəfəs darlığı yaradan ağciyər xəstəliklərinin ən qabaqda gələn səbəbidir. Bu xəstəliklərdən ölüm riski, çəkməyənlərə nisbətdə 20 qat çoxdur. Siqaret çəkənlərdə infarkt keçirmə riski 10 qat artmaqdadır. Siqaret istifadəsi önlənə bilən bir problemdir. İnsanları maarifləndirmək, xüsusilə gənc yaşda başlayan insanların siqaretə başlamalarının qarşısını almaq, siqaret çəkənlərə bu vərdişi tərgitmələrində dəstək olmaq siqaretlə mübarizənin ən təsirli yollarındandır.

Sizi maddi – mənəvi zərərə uğradan siqaretdən xilas olmaq üçün, əylənmənizə, köməyə möhtac olan insanlara kömək etmənizi təmin edəcək bir sıra variantlar hazırladıq. Siqareti buraxan bir adam yığdığı aylıq siqaret puluyla nə edə bilər? Əvvəlcə 1 paket siqaretin ortalama 2 manat olduğunu düşünsək, 1 ayda 60 manat, 1 ildə 720 manat, 10 ildə 7200 manat edir.

1. 1 ay çəkməzsəniz, hər hansısa dil kursuna yazılıb, dil səviyyənizi artıra bilərsiniz.

sprachkurs-deutsch

2. 1 ay çəkməzsəniz, ortalama 3 aylıq nəqliyyat xərclərinizi qarşılaya bilərsiniz. 

yq1j1476

3. 1 ay çəkməzsəniz, əyləncəniz üçün gözəl fürsətlər yarada bilərsiniz (konsert, teatr, kino və s.)

img_2557

4. 1 ay çəkməzsəniz, sevdiyiniz və ya yaxın adamlarınız üçün hədiyyələr ala bilərsiniz.

love_surprise_for_his_girlfriend_097800_

5. 1 ay çəkməzsəniz, evinizi ortalama 5 kq banan, 10 kq alma, 10 kq armud, 10 kq portağal ilə təmin edə bilərsiniz.

url-copy

6. 1 ay çəkməzsəniz, 150 kv işıq, 20 m³ su, 30 m³ qaz, bir aylıq internet pulu, aylıq telefon pulu və s. kommunal xərclərinizi qarşılaya bilərsiniz.

food_cash_benefits_man_porch_family_background_0

Ümumiyyətlə isə siqaret çəkməzsəniz, tez qocalma, diş çürüməsi, ürək xəstəlikləri, xərçəng xəstəliyinin müxtəlif növləri, şəkər xəstəliyi və s.-dən özünüzü maksimum qoruya bilərsiniz.

hlc-slider