Maraqlı

1 ədəd çips 11 dollara satılır

251views

İsveçdə bir pivə şirkəti tərəfindən istehsal olunan çips yüksək qiyməti ilə diqqət çəkib.

İsveçin St. Eriks adlı pivə istehsal edən şirkəti, yeni məhsulunu təqdim edərkən, “Birinci xətt pivə içkisinin yanında yeyilə biləcək yüksək dada sahib çips məhsulunun olmadığını görərək, özümüzə aid yeni kartof çipsi istehsal etmək qərarına gəldik” deyə bildirib.

Qara rəngdə səliqli hazırlanmış qutu içərisinə 5 ədəd çips yerləşdirən şirkət, bütünlüklə əldə və xüsusi souzlar istifadə edilərək hazırlanan çipslərin qiymətini 56 dollar olaraq təyin edib. Yəni, bir ədəd çipsin qiyməti 11 dollara bərabərdir.

Hələlik sadəcə 100 qutu istehsal edilən St. Eriks çipsi, satışa təqdim olunduqdan dərhal sonra hər birini satıb. Yenidən istehsal olunacağı gözlənilən bu çipslər göstərir ki, bazarda bu tərz yüksək dada sahib bahalı məhsula ehtiyac var.