Avtomobil dekorativ ağ əlavələrlə qırmızı rəngə boyanıb, qabaq hissəsində İtaliya bayrağı əks olunub. Model 6,3 litrlik 789 at gücünə sahib V12 mühərriki və 161 at gücü olan elektromotorla təchiz olunub. 100 km/saat sürəti avtomobil 3 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır.

Ferrari LaFerrari unikal modelinin satışı 10 dəqiqə çəkib. Satışlardan əldə olunan gəlir bu il İtaliyada zəlzələ qurbanlarına yardıma gedəcək.

Qeyd edək ki, ilkin olaraq Ferrari bu modeldən 499 ədəd buraxıb. Onlar isə ilkin sifarişçilərə satılıb. Hərracda satılan avtomobil isə xüsusi olaraq burada satılmaq üçün hazırlanıb və hesabca 500-cü idi.