Fenomen

‘Ən seksual məhkum’ Meeks ‘aid olduğu yerdə’

Jeremy Meeks
951views

Həbsxanadaykən cinayət qeydində iştirak edən fotoşəkilin dünya səviyyəsində maraq yaratması sayəsində ‘ən seksual məhkum’ olaraq səslənilən ABŞlı köhnə məhkum Jeremy Meeks, New York Moda Həftəsində podiuma çıxdı.

Keçən il hələ həbsxanadan çıxmadan bir şirkətlə modellik razılaşmasına imza atan Meeks, New York Moda həftəsi çərçivəsində reallaşan Philipp Plein nümayişində iştirak edib.

‘Dünyanın ən seksual məhkumu’nun iştirak etdiyi nümayişdə izləyənlər arasında Paris Hilton, Tyga, MadonnaKylie Jenner kimi məşhur simalar da var idi.

Qeyri-qanuni silah və sursat saxlamaq cinayəti ilə 27 ay həbsə məhkum olan Meeks, həbs olunarkən çəkilmiş olan fotoşəkilinin 2014-cü ildə Kaliforniyadakı bir polis müəssisəsinin Facebook səhifəsində nəşri ilə tanınmışdı. Qısa müddətdə 100 min dəfə paylaşılan fotoşəkil, 20 minin üzərində də şərh yığmışdı.

View this post on Instagram

Thanks for all the love #Blessed

A post shared by JEREMY MEEKS (@jmeeksofficial) on

Evli və 3 uşaq atası olan Meeks, cəzasının sona çatmasıyla birlikdə, Mart 2016-da azad edilmişdi. Köhnə məhkum, podyumların yanında, ictimai mediadakı paylaşımları üzərindən də heyranları tərəfindən təqib edilir.

https://www.instagram.com/p/BOdziuqhXLn/