Sağlamlıq

Əyri ayaqlarla yaşamaq məcburiyyətində deyilsiniz

1.61Kviews

Ayaqlarınız fərqli əyriliklərə sahib olduğu üçün yubka geyinməkdən yayınır və ya iki ayağınızı yan yana gətirdiyinizdə X görünüşü meydana gəlirsə həyatınız boyunca bu problem ilə yaşamaq məcburiyyətində deyilsiniz.

Yetkin və Uşaqlarda Uzatma, Deformite Cərrahiyyəsi Mütəxəssisi Türkiyəli Prof. Dr. Mətn Küçükkaya’ya görə, ayaqları mötərizə şəklində olanlar və bu səbəblə yerimə çətinliyi çəkənlər “tomofix metodu” ilə düz, qüsursuz ayaqlara sahib ola bilərlər.

Yetkinlərdə əyri ayaq, hər hansı bir xəstəlik olmadan dizlərdə meydana gələn əyrilik olaraq xarakterizə edilir.

Ümumiyyətlə gənc yaşda olan belə insanların idmanla rahat məşğul ola bildiklərini ancaq mötərizə ayaq görünüşündən narahatlıq duyduqlarını söyləyən Dr. Küçükkaya, “Əgər insan aktiv idman edirsə erkən yaşda menisküs cırılmaları, bağ yaralanmaları və ağrılar ortaya çıxa bilər. Mötərizə ayaqlar əgər müalicə edilməzsə 65 yaşlarında diz oynaqlarında yaranan ağrılar səbəbi ilə zəruri əməliyyata ehtiyac duyur” deyə bildirib.

yaaz.az eyri ayaqların müalicesi

SİLİKON VƏ YAĞ ESTETİK ÜSULLARI NƏ QƏDƏR TƏSİRLİDİR?

Mötərizə şəkilli ayaqların indiki vaxtda müasir müalicə üsulları ilə qüsursuz şəkildə müalicə edilə bildiyini söyləyən Küçükkaya:

“Belə ayaqların səbəbi əgər sümükdən qaynaqlanırsa bu vəziyyəti silikon və ya yağ estetikası kimi üsullar ilə müalicə etmək mümkün deyil. Çünki bu metod tədbiq olunduqda ayaqlar qalın görsənərək insana daha pis təsir edə bilər. Bundan əlavə qarşıda diz oynaqlarında yenidən yarana biləcək problemlərin qarşısını ala bilməz” deyə bildirib.

yaaz.az eyri ayaqların müalicesi

DÜNYADA DAHA ÇOX MÜRACİƏT OLUNAN MÜALİCƏ ÜSULLARI.

Dr. Küçükkaya, mötərizə şəkilli ayaqların müalicəsində tomofix’in dünyada ən məşhur olaraq istifadə edilən əməliyyat texnikası olduğunu söyləyib.

“Əyrilik düzələrkən boyu da uzatmaq mümkündür” deyən Prof. Mətn Küçükkaya, “Bu üsulda xəstə əməliyyatdan çıxdıqda əyrilik tamamilə düzəlmiş olur. Eyni zamanda ayaqlarda boy bərabərsizliyi varsa düzəldilir, hətta müəyyən xəstələrdə ayaq uzatma əməliyyatı da bərabər həyata keçirilə bilər. Bu əməliyyat sonrası insanların idman zamanı performansı da güclənir. Silikon və ya yağ estetik üsullarındakı kimi ayaqlar daha da qalınlaşmaz və insanlar estetik olaraq məmnun qalarlar” deyə bildirib.

yaaz.az eyri ayaqların müalicesi