Cihazlar

Ən yaxşı drone’lar (2016)

235views

2016-ci ildə istifadəçilərə təqdim edilən ən yaxşı drone’ları təqdim edirik. Bu drone’lar performans və qiymət mövzusunda sinifinin ən yaxşıları olmağı bacarıblar.

2016-ci ildə istifadəçilərin istifadə seçimlərində yayılmağa başlayan drone’lar bir çox fərqli sahədə xidmət edə bilirlər.

İstifadəçilərin yemək sifarişi, medikal dərman paylanması, əyləncə məqsədli seçimlərində xidmət edən insansız hava vasitələrinin 2016-ci ildəki ən yaxşı versiyalarını sizin üçün yığdıq.

1- DJI Mavic

dji-mavic-pro-22-1200-80
DJI’ın son versiya cihazlarından biri olan Mavic, böyük, dayanıqlı quadcopter dizaynının yanında çantanıza sığa biləcək qədər kiçilə bilən həcmi ilə diqqət çəkir.

Qatlana bilən xüsusiyyətinə malik olan DJI Mavic, internet üzərindən 999 dollardan başlayan qiymətlərlə satışa təqdim edilir.

4K çəkim qabiliyyətinə və 3 oxlu kameraya sahib olan cihaz, noyabr ayında isə Apple mağazalarından satışa təqdim ediləcək.

2- GoPro Karma

ngk-karma-drone-gopro_h
DJI Mavic’ə bənzər olaraq olduqca portativ ölçüsü ilə ön plana çıxan GoPro Karma, istifadəçilərin ciblərində daşıya bir həcmə sahibdir.

İstifadəçilərə bir gamepad təcrübəsi təqdim edə biləcək cihaz, üzərində yerləşən toxunulan ekrana sahib olan drone, görünüş ötürülməsi mövzusunda başqa bir cihaza ehtiyac duymayacaq.

GoPro Karma, 23 Oktyabrdan etibarən 720, 799 və 999 dollardan başlayan qiymət variantları ilə istifadəçilərə təqdim ediləcək.