Kosmos

‘Ən parlaq supernova’nın sirri həll edildi

252views

‘Ən parlaq supernova’nın sirri həll edildi.

Keçən il astronomların müşahidə etdiyi və ‘indiyə qədərki ən parlaq süpernova’ olduğu zənn edilən işığa, nəhəng bir qara dəliyin udduğu ulduzun səbəb olduğu ifadə edilib.

İsraildəki Weizmann Elm İnstitutu və Danimarkadakı Qaranlıq Kosmologiya Mərkəzindən elm adamlarının apardığı araşdırmada, 2015-ci ildə müşahidə edilən, Günəşdən trilyon qat parlaq işığın, nəhəng bir qara dəliyin, özünə yaxınlaşan bir ulduzu parçaladığı sırada ortaya çıxdığı təsbit edilib.
Elm adamları, bütün Samanyolu Qalaktikasını kölgədə qoyan parlaq işığın mənbəyinin, enerjisi bitən böyük bir ulduzun şiddətlə partlaması, başqa cür ifadə edilsə, supernova deyil super kütləli bir qara dəlik olduğunu açıqlayıblar.

Weizmann Elm İnstitutundan Giorgos Leloudas, “Hadisədən sonra işığın qaynağı haqqında 10 ay ərzində araşdırma etdik və bunun parlaq bir supernovayla izah edilə bilməyəcəyi nəticəsinə gəldik” deyib.

Leloudas, parlaq işığa, ehtimal ki, sürətlə dönərkən daha kiçik kütləyə sahib bir ulduzu parçalayan super kütləli qara dəliyin yol açdığına dair tapıntılar əldə etdiklərini söyləyib. Qrupun araşdırma əsnasında həm dünyadakı, həm də orbitdəki teleskoplardan məlumatların istifadə edildiyi ifadə edilib.