Cihazlar

Ən bahalı iPhone modeli ( iPhone 7 Plus’dan belə)

279views

Apple’ın 1’ci nəsil olaraq satışa çıxartdığı iPhone 2G modelinin açılmayan qutuları online satışlarda 1000 dollar ilə 10 min dollar arasında dəyişməkdədir.

Apple tərəfindən 2008-ci ildə istehsalı dayandırılan iPhone 2G modelinin online mağazalarda 10 min dollara qədər qalxan qiymətləri sosial şəbəkələrdə yeni mövzuya çevrilib. Ən çox səslənən fikir isə “Köhnə iPhone yenisindən daha bahadır” yanaşmasıdır.

maxresdefault

Gələn il Apple telefonlarının 10’cu ildönümü olmasını da nəzərə alsaq, indidən antik dəyəri qazanmış bu telefonların qiymətlərinin daha da artacağı gözlənilir.

v1acihp_ju69gjyt5cqnhg

 

Bütün dünyada 6.1 milyon ədəd satılan bu telefonun belə cəlbedici olmasının digər səbəbi də açılmamış qutusunda təzə olmasıdır.

iphone2g

 

Qeyd edək ki, sözü gedən telefonun kamerası 2 mp-dir.