Münasibətlər

Əlçatmaz qadına çatmağın yolları

254views

Əlçatmaz qadın kimdir, nədir, nə səbəbə belədir? Bu naz kimədir?

Əlçatmaz qadın gözəl, zərif, istedadlı və ən azından lokal ətrafında məşhurdur. Vəziyyət belədirsə əlçatmaz qadının rəfiqələri qısqanclıqdan, yəqin ki, qollarını dişləyirlər. Bu qadına tənqid edərək diqqət çəkmək istəmədiyimizdən əmin ola bilərikmi?

Tənqid;
Etməməliyik, belə fikirlərdə olmamalıyıq. Hələ ki onun özünə inamının tam olduğu bir məqamda, gördüyü işlə bağlı ağız əyiriksə, əlçatmaz qadın “Məni hamıdan başqa gözlə görür, nə maraqlı”! deyə düşünməz. Sizə “Yeri get”! deyər, amma daxildə. Çünki eyni hadisəni artıq dəfələrlə yaşamışdır.

Görülməsi lazım olan – Rəfiqə qısqandırılması;
Ətrafındakı hər kəsə mavi muncuq paylayarkən, ona məsafəli alicənablığı layiq görün. Sizin bir mədəni insan olduğunuzu, gözünüzün həddindən artıq tox olduğunu da düşünməlidir. Çünki əlçatmaz qadın başqa qızların çox rahat əldə etdiyi adamı özünə layiq görməyəcəkdir.

Qətiyyət;
Əlçatmaz qadına CV-nizi verdiniz, o isə “Biz sizinlə əlaqə yaradacağıq” dedi. O əlaqə yaratmayacaqda mən mi yaradacağam? Hiyləgər kimi qərarlı olmalısınız. Onun getdiyi yerlərdə özünüzü göstərməli, amma gözünüzü ona dikməməlisiniz. Bu arada, ona bayramda və ya gecə üçdə içkili vəziyyətdə, ağlınız üstünüzdə olmazkən deyil, misal günəşli bir sərin havada, maşın və ya motosikletlə gəzməyi, birlikdə dəniz havası almağı təklif edə bilərsiniz.

Rəqibləri məğlub edək;
Əlçatmaz qadın, ətrafında pərvanə olan bir çox rəqiblə gələcəkdir. Bu rəqiblərin bir qismi sizin kimi qətiyyətli və qadını nazlandırmağa meyilli olacaqlar.

Qısqanclıq deyil, yaradıcı olmağa çalışın;
“Sənin özünü formalaşdırdığın, varlığını xoşbəxt olacağın şəkildə davam etdirmək istəyin mənim üçün ən böyük prioritetdir, çünki sən çox əhəmiyyətlisən” sözləri, seçilmə şansınızı artıracaq ən əhəmiyyətli ifadədir. Əlçatmaz qadın ən çox kişilərin eqoizminə iyrəndiyi üçün özünü o şəkildə sərhədlərlə əhatə etməkdədir. Fədakar və verici olun (Məs: Anaların sevgisi və etdiyi kimi bəzi şeylər)

 

Yeni həyəcan yaşadın;
Ona yeni, həyəcan verici bir şeyə başlayırmış hissi vermək çox əhəmiyyətlidir. Daha əvvəl heç görmədiyi, öyrənib özünü inkişaf etdirə biləcəyi, ən əhəmiyyətlisi ona öyrədə biləcəyiniz bir şey gördünüzmü, kürəyiniz yerə gəlməz (Caz dinləmək olar, avtomobil istifadə etmək olar, bir idman olur fərq etməz… Əhəmiyyətli olan sizin yanınızda yeni həyəcan yaşamasını təmin etməkdir).

 

Zənginlik əlçatmazlığın şanındandır;
Anadan atadan ola bilər, köhnə həyat yoldaşından qala bilər, fərq etməz. Əlçatmaz qadınlar imkanlıdırlar. Ona təsir etmək üçün hər hansısa bir şeyi satın alarkən pulun miqdarını düşünmədən addımlar atmanız lazımdır.

 

Məşhur sima şousu;
Əlçatmaz xanımı ad günündə, ən sevdiyi qrupun back stage’inə sala bilirsinizmi? Onlarla after Party-də əylənə bilirsinizmi? Bunlar həmişə sizə əlavə xallar qazandıracaq.

 

İstənilən halda, siz siz olun amma özünüzü prinsiplər xatirinə nəyəsə məcbur etməyin, əgər buna məcbursunuzsa və ya sevirsinizsə olduğunuz kimi, göründüyünüz formada qalmağa çalışın.