Kino

Əfsanə geri dönür: Terminator yenidən çəkiləcək

255views

Olduğu dövrə damğasını vurmağı bacaran Terminator əfsanəsi Deadpoolun prodüseri ilə geri qayıdır.

Elm fantastika filmləri arasında mühüm bir yerə sahib olan Terminator seriyası yenidən tamaşaçısının qarşısına çıxmağa hazırlaşır. Arnold Schwarzeneggerin baş rolda yer aldığı film 1984-cü ildə olduqca böyük bir uğura imza atmışdı. Son çıxan film isə tamaşaçı və tənqidçilər tərəfindən bəyənilməmiş və gözlənilən qayğını görməmişdi.
Terminator 2019
İddialara görə, Ceyms Kameron, Terminator filmini yenidən kinoya daşımağa hazırlaşır. Ceyms Kameronun bu film üçün ötən il ekrana girən və böyük bir uğur tutan Deadpoolun rejissoru Tim Miller ilə danışıqlar apardığı iddia edilir.
Terminator 2019
Filmin ekrana girməsi gözlənilən il isə 2019-cu ildir. Baş Rol oyunçusu kimi yenə Arnold Schwarzeneggerin olması gözlənilir, amma bu sadəcə bir ehtimaldır.