Gündəm

Əfqanıstanda ağır yol qəzası, 36 nəfər həyatını itirib

136views

Əfqanıstan’ın Zabul şəhərində sərnişin avtobusu və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində 36 nəfər həyatını itirib.

Toqquşmadan sonra avtobusun dərhal alovlanması səbəbindən sərnişinlərin böyük əksəriyyəti özünü xilas edə bilməyib. 25 nəfərin yaralı olduğu bildirilir.

Qəzanın baş verdiyi Kabul-Kandehar yolu boyu hərbi fəaliyyətlər olması səbəbindən, bəzi sürücülərin gedən atışmaların arasında qalmaması üçün sürət həddini aşdıqları bildirilir. Bu qəzada da hər iki sürücünün sürət həddini aşaraq idarə etməni itirdikləri söylənilir.

Qey edək ki, May ayında da Gazne bölgəsində oxşar hadisə baş vermiş və nəticədə 73 nəfər həyatını itirmişdi.